[Təlimat #1]: MagicLink-də Biznes Profilini Necə Yaratmaq Olar?

Biznes profilinizi yaratmaq

Biznes profilinizi yaratmaq üçün MagicLink administratorları ilə əlaqə saxlamağınız xahiş olunur. Administratorlar sizin biznes ehtiyaclarınıza uyğun olaraq profilinizi yaradacaq, əsas tənzimləmələri həyata keçirəcəklər.

Əsas tənzimləmələr bölməsi

Propfil səhifəsinə keçid etdikdən sonra bir neçə tənzimləmə bölməsi ilə qarşılaşacaqsınız. Bunlardan biri Əsas konfiqurasiyalar bölməsidir.

Burada siz aşağıdakı dəyişiklikləri edə bilərsiniz:

  • Profil şəkli və onun formasını təyin edin (yumru, 4 künc və s.).
  • Başlıqalt başlıq sahələrini doldurun.
  • Telefon nömrəsie-poçt ünvanı əlavə edin. Bu məlumatlar sizin Apple/Google Wallet biznes kartınızda istifadə olunacaq.
  • Özəl səhifə linki: Səhifənizin linkini fərdi şəkildə təyin edə bilərsiniz, məsələn standart və uzun https://magiclink.az/bio/clw4qm3ny0000hrj7tskkvj7c əvəzinə daha qısa https://magiclink.az/bio/elchin etmək olar.

Main Configurations Tab

Apple və ya Google Wallet-ə əlavə etmək

Formanın alt hissəsində Add to Apple Wallet düyməsini görəcəksiniz (Android cihazlarında bu düymə Add to Google Wallet kimi görünə bilər). Bu düymə, Yarat düyməsinə kliklədikdən sonra aktivləşəcəkdir.

Diqqət yetirin: Apple və ya Google Wallet-ə biznes kartınızı əlavə etməzdən əvvəl aşağıdakı sahələrin doldurulduğuna əmin olun:

  • Başlıq
  • Telefon nömrəsi
  • E-poçt ünvanı
  • Özəl səhifə linki

Bu sahələri doldurduqdan sonra kartı yükləyərək cihazınıza əlavə edə bilərsiniz.

Add to Wallet Button


Profil Səhifəsinin Yaradılması Qaydası - Video Təlimat


Növbəti addımlar...

Təlimat #2 - Profil səhifəsinə ikonların əlavə edilməsi

Təlimat #3 - Əsas məzmunun əlavə edilməsi

Təlimat #4 - Fonun dəyişdirilməsi

Təlimat #5 - Şablonlardan istifadə

Təlimat #6 - QR koddan istifadə

Bu təlimatların hər biri ilə profilinizi daha funksional və müasir hala gətirə bilərsiniz.

#MagicLink #biznes profili #rəqəmsal profillər #NFC texnologiyası #texnologiya