[Təlimat #7]: Səhifə Elementləri - İkonlar, Düymələr və Kartlar
Səhifə Elementlərinə Giriş
MagicLink platformasında müştərilərimizin bütün ehtiyaclarını qarşılayan müxtəlif səhifə elementləri mövcuddur. Bu elementlərə ikonlar, düymələr və kartlar daxildir. Hər biri, istifadəçilərin interaktivliyini artırmaq, məlumatları təqdim etmək və daha cəlbedici bir istifadəçi təcrübəsi yaratmaq məqsədini güdür. Bu yazıda, bu elementlərin necə istifadə olunduğunu və necə fərdiləşdirilə biləcəyini öyrənəcəksiniz. Hər dəfə səhifəyə yeni bir element əlavə etdikdə, onun növünü seçə bilərsiniz; növdən asılı olaraq həmin element kliklənildikdə fərqli funksiyanı yerinə yetirəcək.
1. Telegram
"Telegram" növünü seçərək istifadəçiləri Telegram vasitəsilə əlaqə saxlamağa yönləndirə bilərsiniz. Burada siz https://t.me/ ardından sadəcə öz telegram adınızı yazmalısınız. Nümunə https://t.me/magiclink
2. Whatsapp
"Whatsapp" növü, istifadəçilərin sizinlə Whatsapp vasitəsilə əlaqə qurmasını asanlaşdırır. Burada siz https://wa.me/ ardından sadəcə öz whatsapp nömrənizi qeyd edirsiniz. Nömrə bu formata uyğun olaraq qeyd edilməlidir - https://wa.me/994517858322
3. Email
"Email" növü, istifadəçilərin sizinlə e-poçt vasitəsilə əlaqə saxlamaq imkanı verir. Burada siz mailto: ardından öz email ünvanınızı qeyd etməlisiniz. Nümunə mailto:info@magiclink.az
4. Telefon
"Telefon" növü, istifadəçilərin sizi birbaşa telefonla zəng etməsini təmin edir. Burada siz tel: ardından öz əlaqə nömrənizi qeyd etməlisiniz. Nümunə tel:994517858322.
5. Vebsayt
"Vebsayt" növü, istifadəçiləri hər hansı bir linkə yönləndirmək üçün istifadə edilir. Video, ödəniş linki, PDF təqdimatlar, xəritədə ünvanlar və s. kimi məlumatları siz burada paylaşa bilərsiniz. Sadəcə bir link elavə etməyiniz kifayət edir.
6. Açılan pəncərə
"Açılan pəncərə", sizə format edilmiş böyük mətn yazma imkanını verir. Bu, ətraflı məlumatlar və ya təlimatlar yazmaq üçün ideal bir seçimdir.
7. Məlumatları yaddaşa sal
"Məlumatları yaddaşa sal", istifadəçilərin sizin əlaqə məlumatlarını asanlıqla öz telefonlarında saxlamağa imkan tanıyır. Bunun üçün siz sadəcə ad, vəzifə və ya başlıq, e-poçtu və telefonu daxil etməlisiniz.
Bu tiplər, səhifənizin interaktivliyini artıraraq, istifadəçilərə daha yaxşı bir təcrübə təqdim edir.
Profil Səhifəsinin Yaradılması Qaydası - Video Təlimat
Növbəti addımlar...
Təlimat #1: MagicLink-də Biznes Profilini Necə Yaratmaq Olar?
Təlimat #2 - Profil səhifəsinə ikonların əlavə edilməsi
Təlimat #3 - Əsas məzmunun əlavə edilməsi
Təlimat #4 - Fonun dəyişdirilməsi